Henrik Karlsen oğlunun məğlubiyyətini həyəcanla izlədi
24 aprel 2014 21:21
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin atası Henrik Karlsen “Shamkir Chess 2014” turnirinin 5-ci turunda Teymur Rəcəbova qarşı partiyanı mətbuat mərkəzində jurnalistlərlə birgə izləyib. Azerisprot.az xəbər verir ki, partiyanın son dəqiqələri həyəcanlı görünən ata Karlsen oğlunun məğlubiyyətinə üzülüb.
Bununla belə, təmkinli görünən Henrik Karlsen turnirin direktoru Fəxriyar Cabbarova yaxınlaşaraq, onu şahmatçımızın qələbəsi münasibəti ilə təbrik edib.