Fotoreportaj|Video|На русском

Olimpizm

Bakıda Olimpiya Hərəkatı proqramının təqdimatı keçirildi

17 dekabr 2015 20:00

Bu gün Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə “Olimpiya Hərəkatı” adlı yeni idman proqramının işə salınması haqqında açıqlama elan olunub. Azerisport.az xəbər verir ki, Olimpiya Hərəkatı Coca-Cola və Beynəlxalq Olimpiya Komitəsinin Niderland Olimpiya Komitəsi ilə həyata 2001-ci ildə birgə həyata keçirdiyi beynəlxalq idman proqramıdır. 

Konfransda giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd etdi: “Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsinin Avropada Niderland və Belçikadan sonra “Olimpiya Hərəkatı” proqramının Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərdib. Bu layihənin icrasında göstərdiyi maliyyə dəstəyinə görə Coca-Cola şirkətinə  minnətdarlığımı bildirirəm.  Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. 4 idman növünü birləşdirən bu layihədə Gənclər və İdman Nazirliyi Coca-Cola və Təhsil Nazirliyinin müvafiq idman federasiyaları ilə əməkdaşlığına görə təşəkkür edir və layihənin fəaliyyətində uğurlar arzu edirəm.”

Daha sonra çıxış edən Təhsil naziri Mikayıl Cabbarov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışdı. Nazirin sözlərinə görə, Olimpiya Hərəkatında  330-dan çox ümumtəhsil otra məktəblərdən 50.000-ə yaxın məktəbli proqrama cəlb olunması təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından yuksək göstəricidir. Onlardan 10.000-ə yaxını rayon birinciliklərində iştirak etmiş və 1.000-dən artıq məktəblinin Bakı finalında iştirakı gözlənilir.  Mikayil Cabbarov proqrama cəlb olunmuş uşaq-gənclər idman məktəblərinin sayının 12-yə çatdığını qeyd etdi. 

Gənclər və İdman naziri Azad Rəhimov proqramın sosial inkişaf baxımından əhəmiyyətini vurğuladı: “Bu proqramın Azərbaycanda həyata keçirilməsi  ölkəmizdə Olimpiya Hərəkatının genişlənməsinin göstəricisidir. “Olimpiya Hərəkatı” həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq yaxşı stimuldur. İlk Bakı birinciliyinə 50.000-ə yaxın şagirdin qoşulması sevindirici haldır.“Olimpiya Hərəkatı” proqramı əhali, gənclərimizin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Azərbaycanda idman və aktiv həyat tərzinə daha çox insanların cəlb olunacağına inanıram və bu vacib proqrama dəstəyinə görə tərəfdaşlara təşəkkürümü bildirirəm.”

Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş Meneceri Cem Becel də tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğuladı: “Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən Coca-Cola 1928-ci ildən bu günədək Olimpiya Oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək olur. Avropa Oyunları sosial idman irsi çərçivəsində geniş sayda əhalinin sağlam və aktiv həyat tərzinə cəlb olunması üçün Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirməyə çox məmnunuq.”

Konfransda proqram haqqında  video çarx göstərildikdən sonra son 2 ay ərzində keçirilmiş proqram haqqında ətraflı məlumat verildi.  Rəsmi çıxışlardan sonra proqramın Facebook səhifəsi və yeni seçilmiş İdmançı və Ulduz Elçiləri Amil Həmzəyev( Azərbaycan yığma basketbol komandasının üzvü), Nazim Babayev (Bakı 2015 Avropa Oyunlarının atletika,  idman növü üzrə qalibi, tədbir iştirakçılarına təqdim edildi. O cümlədən, Milli Olimpiya Səfirləri Fərid Mansurov ( Afina 2004) və əməkdar artist Tünzalə Ağayeva Olimpiya Hərəkatinin təşviqində göstəridkləri fəaliyyətlərinə mükafatlandırıldılar. Sonda mətbuat nümayəndələrinin açıq sual-cavab sessiyası keçirildi.

Olimpiya Hərəkatı prqramında 440-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəblərində təhsil alan 50,000 şagirdlərin atletika, badminton, basketbol 3x3 və velosiped idmanı növləri üzrə cəlb olunacaqdır. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan program Bakı rayon yarışları ilə davam edir və  növbəti ilin əvvəlində Bakı 2015 Avropa Oyunlarının yarış  obyektində birində təşkil olunacaq Final və idman festivalı ilə başa çatacaqdır.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah