Fotoreportaj|Video|На русском

Olimpizm

Bakıda Olympic Moves proqramının final mərhələsinin açılış mərasimi keçirilib

26 aprel 2016 18:00

Bakı – 26 aprel 2016-cı il. Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan şirkət, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, “Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

600-ə yaxın məktəblinin paradı ilə açıq elan olunan final mərhələsinə 1 500-dən çox izləyici qatılıb. Tədbirdə “Bir” könüllülərinin dəstəyi ilə “Olympic Moves” proqramının rəsmi loqosu nümayiş etdirilib və Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.  Tədbir dövlət himninin səsləndirilməsi ilə davam edib.

Azərbaycanda ilk dəfə keçirilmiş bu irimiqyaslı layihə haqqında ətraflı məlumat və video-çarx təqdim olunduqdan sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, “Coca-Cola” şirkətinin baş direktoru Erdinç Güzel və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək layihə haqqında təəssüratları ilə bölüşüblər və məktəblilərə final mərhələsində uğurlar arzulayıblar.

Proqramın əhəmiyyətindən və ölkə rəhbərliyinin idmana göstərdiyi qayğıdan danışan Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib: “Ölkədə digər sahələr olduğu kimi idman sektoru da sürətlə inkişaf edir. Hər il Azərbaycanda çoxsaylı beynəlxalq idman tədbirləri təşkil olunur və idmançılarımız hər zaman müxtəlif yarışlarda onlara göstərilən etimadı doğruldur. Keçirilən hər bir yarışın əhəmiyyəti bizim üçün böyükdür. Həm ölkəmizin təbliği, həm də idmanın kütləviliyinin artırılması üçün bu, vacib amildir. “Olympic Moves” proqramı ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olan yaxşı bir stimuldur. Məhz bu proqramın gənclərin gələcəkdə çalışdığı sahədən asılı  olmayaraq sağlam böyüməsinə şərait yaradacığına inanırıq. Bu vacib proqrama dəstək göstərən hər bir tərəfdaşa ayrıca təşəkkürümü bildirirəm”.

Öz növbəsində çıxış edərək Təhsil Nazirliyi adından hər kəsi salamlayan nazir müavini Firudin Qurbanov bildirib: “50 mindən artıq məktəblinin iştirak etdiyi “Olympic Moves” proqramı məktəblilərin inkişafında böyük əhəmiyyətə malikdir. Onlardan 10 minə yaxını rayon birinciliklərində iştirak etmiş və 600-dək məktəblinin Bakı finalında iştirakı gözlənilir. “Olympic Moves” layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin aradan qaldırılmasına əminik”.

Açılış mərasimində sponsor şirkətin baş direktoru Erdinç Güzel vurğulayıb: “Biz hər zaman fəaliyyət göstərdiyi ölkələrin inkişafı üçün müxtəlif layihələr həyata keçiririk. Bizim üçün insanların sağlamlığı və xoşbəxtliyi hər şeydən önəmlidir. Məhz buna görə, 2015-ci ildən etibarən Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə məktəblilərin kütləvi idman tədbiri olan “Olympic Moves” proqramına start verdik. Beynəlxalq Olimpiya Komitəsi ilə birgə ilk dəfə 2003-cü ildə Hollandiyada başlatdığımız bu proqrama beşinci ölkə qismində Azərbaycanın qoşulması qürurverici bir haldır. Qeyd olunduğu kimi bu il proqram yalnız Bakıda yerləşən məktəblərin 50 mindən çox şagirdini fiziki fəallığa cəlb edib. Gələn ildən etibarən tərəfdaşlarımızla birgə ölkənin əksər şəhər və rayonlarının proqrama qoşulmasını planlaşdırırıq ki, bu da iştirakçıların sayının iki dəfəyədək artmasına imkan verəcək”.

“Azərbaycanda Olimpiya Hərəkatı və sağlam həyat tərzinin təşviq olunması artıq uzun illərdir uğurla davam etdirilir. “Olympic Moves” layihəsinin həyata keçirilməsi də öz növbəsində bunun göstəricisidir. 4 idman növünü birləşdirən bu layihədə “Coca-Cola” şirkəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, həmçinin müvafiq idman federasiyalarına əməkdaşlığa görə minnətdaram və proqramın gələcək fəaliyyətində uğurlar arzu edirəm”, - deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib və proqramın final mərhələsini açıq elan edib.

Tədbirin gedişində “Bakı 2015” Avropa Oyunlarının iştirakçıları və proqramın ulduz elçiləri Amil Həmzəyev (basketbol), Aqşin İsmayılov (velosiped idmanı), Nazim Babayev (yüngül atletika) və digər idmançılar açılış mərasimində iştirak edərək “Olympic Moves” layihəsinin məktəblilərdə müvafiq idman növlərinə sağlam və aktiv həyat tərzinə marağın artmasına gətirdiyini bildirdilər.

Açılış mərasimi çərçivəsində təşkil olunan musiqili əyləncə proqramından sonra basketbol 3x3 və badminton yarışlarına start verilib.

“Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və aprelin 28-də Bakı İdman Sarayında təşkil olunacaq idman festivalı ilə başa çatacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah