Azərbaycan Soçi Olimpiadasında iştirak edəcək heyəti açıqladı
27 dekabr 2013 10:44
2014-cü il fevralın 7-də Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya Oyunları start götürür. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasın yarışda beş idmançı təmsil edəcək.
Ölkəmizin şərəfini mötəbər yarışda fiquristlər - Yuliya Zlobina və Aleksey Sitnikov, dağ xizəkçiləri Patrik Braxner, Sedrik Notz və Qaya Bassani qoruyacaq.
Rəyasət heyətinin rəhbəri MOK təmsilçisi Könül Nurullayevadır. Rəyasət heyətinə Gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Qış idman növləri federasiyasını prezidenti İsgəndər Xəlilov daxildir.