2013-cü ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idmançıları müəyyənləşdi
23 dekabr 2013 20:44
Azərbaycan gənclər və idman nazirliyi 2013-cü ilin yekunlarına görə Azərbaycanın 10 ən yaxşı idmançısının adını müəyyən edib. Azerisport.az bu şərəfli adı qazanmış idmançıların adını diqqətinizə çatdırır:
Boks üzrə dünya çempionu Məhəmmədrəsul Məcidov, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, boks üzrə dünya çempionu Cavid Çələbiyev, cüdo üzrə DÇ-nin bürünc mükafatçısı Orxan Səfərov, sərbəst güləş üzrə DÇ-nin gümüş mükafatçısı Xetaq Qazyumov, boks üzrə DÇ və AÇ-nin gümüş mükafatçısı Teymur Məmmədov, ağır atletika üzrə DÇ-nin bürünc mükafatçısıFirudin Quliyev, taekvondo üzrə DÇ-nin bürünc mükafatçısı Rabik İsayev, paraolimpiyaçılar arasında cüdo üzrə ikiqat AÇ çempionu Elxan Zəkiyev, karate üzrə AÇ-nin qalibi Rafael Ağayev.