Milli Olimpiya Komitələrinin Regional Forumunda Bakı-2015 müzakirə olunacaq
8 oktyabr 2013 15:26
9-11 oktyabrda Qazaxıstanın Almatı şəhərində MDB ölkələrinin Milli Olimpiya Komitələrinin Regional Forumu keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı-2015 Avropa Oyunları” ilə bağlı təqdimatla çıxış edəcək.
Toplantını Qazaxıstan Milli Olimpiya Komitəsinin prezidenti Temirxan Dosmuxanbetov açıq elan edəcək. MDB və Baltikyanı ölkələrin MOK-nin nümayəndələri müxtəlif mövzularda dəyirma masa ətrafında müzakirələr aparacaq.
Həmçinin, forum zamanı Soçi-2014 Təşkilat Komitəsinin nümayəndəsi Rusiyada təşkil olunanaq Qış olimpiya oyunlarına hazırlıq haqqında, Tbilisi-2015 Təşkilat Komitəsinin icraçı direktoru Gürcüstan paytaxtında keçiriləcək Gənclərin Avropa Olimpiya Festivalı ilə bağlı hesabat verəcəklər.