Azərbaycan idmançılarının İslamiadadakı medallarının sayı 24-ə çatdı
1 oktyabr 2013 16:15
İndoneziyanın Palembanq şəhərində keçirilən İslamiada - 2013 yarışlarında Azərbaycan uşuçuları Ruslan Pirəliyev (65 kq) və Elçin Eminov (56 kq) növbəti medalları qazanıblar. Azerisport.az xəbər verir ki, R.Pirəliyev öz çəki dərəcəsində qalib gəlib, E.Eminov isə bürünc medalla kifayətlənməli olub.
Beləliklə III İslam Həmrəylik Oyunlarında Azərbaycan yığmasının qazandığı medalların sayı 24-ə çatıb (7 qızıl, 8 gümüş və 9 bürünc medal).