“İslam Oyunları Azərbaycan üçün uğurlu oldu”
1 oktyabr 2013 19:53
İslam Həmrəylik Oyunlarında 5000 metr məsafəyə yürüşdə qızıl medal qazanan Hayle İbrahimov təəssüratlarını bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Çox sevinirəm ki, İslam Oyunları Azərbaycan komandası üçün uğurlu oldu. Qələbə qazanmağı çox istəyirdim. Deməzdim ki, rəqabət zəif idi. Sadəcə daha yaxşı çıxış edərək hamını qabaqlamağı bacardım. Bu qələbəylə cari mövsümü major notda bitirdim. 2013 mənim üçün uğurlu oldu. İslam Oyunlarında medal qazanan bütün idmançıları təbrik edirəm”.