İntiqam Zairov: Öz nəticəmdən razı qalmadım
1 oktyabr 2013 19:25
İslam Həmrəylik Oyunlarında ağır atletika üzrə gümüş medal qazanan İntiqam Zairov (94 kq) fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Rəqabət çox güclü idi. Əlbəttə, nəticələrimiz yaxşıdı. Amma ağır atletikada daha yaxşı nəticə qazana bilərdik. Bir qədər bəxtimiz də gətirmədi. Öz nəticəmdən razı qalmadım. Zədə olmasaydı daha yaxşı çıxış edə bilərdim. Azərbaycan idmançıları üçün uğurlu oldu. Medallarımızın sayı çox oldu. Onlardan 7-si qızıl əyarlıdı. İndi dünya çempionatına hazırlaşacam. Bir neçə gündən sonra başlayacaq yarışda özümü sübut etmək istəyirəm”.