Azərbaycan İslamiadada 22-ci medalını qazandı
30 sentyabr 2013 16:14
Taekvondo üzrə Azərbaycan millisi İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında daha bir bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, milli komandanın üzvü Patımat Abakarova (-46 kg) rəqiblərini məğlüb edərək yarımfinal mərhələsinə vəsiqəni təmin edib.
Final uğrunda döyüşdən qızıl xalla məğlub ayrılan idmançımız bürünc medalla kifayətlənib.
Xatırladaq ki, yarışın ilk günündə komandanın digər üzvləri Günay Ağakişiyeva (57 kq) gümüş,Türkanə Tahirli (46 kq) və Mikayıl Əliyev (54 kq) isə bürünc medala layiq görülüblər.
Beləcə, medallarımızın sayı 21-ə çatıb. Azərbaycan İslamiadada bütövlükdə 6 qızıl, 8 gümüş, 8 bürünc medal qazanıb.