İslamiadada medallarımızın sayı 21-ə çatdı
30 sentyabr 2013 12:34
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Ölkəmizi təmsil edən idmançılar daha üç medal əldə ediblər. Taekvando üzrə yığmamızın üzvlərindən 57 kq-da yarışan Günay Ağakişiyeva yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Türkanə Tahirli (46 kq) və Mikayıl Əliyev (54 kq) isə bürünc medal qazanıblar.
Beləcə, medallarımızın sayı 21-ə çatıb. Azərbaycan İslamiadada bütövlükdə 6 qızıl, 8 gümüş, 7 bürünc medal qazanıb.