Azərbaycan İslamiadada daha bir medal qazandı
27 sentyabr 2013 17:53
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların beşinci günündə ölkəmizi təmsil edən idmançılardan daha biri medal əldə edib. Yüngül atletika yarışlarında Dmitri Marşin bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycanın İslam Oyunlarında ümumilikdə 14-cü medalıdı. Ağır atletika yarışlarında Silviya Angelova, İntiqam Zairov və Əfqan Bayramov gümüş, Zülfüqar Süleymanovla Namiq Cəlilov isə bürünc medal qazanmışdı. Üzgüçülük yarışlarında Boris Kirilov 200 metr məsafəyə arxasıüstə üzmədə çempion olub. Yevgeni Lazuka 100 metr məsafərə batterflyay üsulla üzmədə bürünc, 50 metr məsafəyə yarışlarda isə gümüş medal qazanıb. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanıb. Komanda yarışlarında da karate yığmamız qızıl medal əldə edib.
Azərbaycan İslamiadada 4 qızıl, 6 gümüş və 4 bürünc medalla ümumi hesabda 7-ci yerdədi.