Azərbaycan bayrağı altında ilk ciddi uğurun davamı gələcəkmi?
25 sentyabr 2013 00:17
Xəbər verdiyimiz kimi, 3-cü İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarında Azərbaycan idmançısı Yevgeni Lazuka baterflyay üsulla 50 metr məsafəyə üzmədə 24.61 saniyə nəticə ilə gümüş medal qazanıb. Azerisport.az xəbər verir ki, bu, 24 yaşlı idmançının Azərbaycan bayrağı altında qazandığı ilk uğurudu.
Belarus yığmasının heyətində isə yeniyetmələr arasında Avropa və dünya çempionu olub. Qeyd edək ki, London olimpiadasında ölkəmizin şərəfini qorumuş Y.Lazuka bildirib ki, bu il avqustda Barselonada keçirilmiş dünya çempionatında bundan da yüksək nəticə göstərmişdi - 24.14 saniyə.
İdmançımız bu gün 3-cü İslam Oyunlarında ikinci medalını qazana bilər. Bunun üçün batterflyay üsulla 100 metr məsafəyə ən tez üzən 3 nəfərdə biri olmalıdı.
Sentyabrın 25-də isə Y.Lazuka sərbəst üsulla 50 metr məsafəyə uzəcək.