Azərbaycan İslamiadada ilk qızıl medalını qazandı
23 sentyabr 2013 14:56
Bu gün İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
İslamiadanın birinci günündə ölkəmiz daha bir medal qazanıb. Buna karate yığmamızın digər üzvü Ayxan Mamayev nail olub.
84 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız İraq, Liviya idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə isə o, misirli həmkarına da şans verməyib və ölkəmizə ilk qızıl medalı qazandırıb.
Xatırladaq ki, Mamayevdən öncə karate yığmamızın üzvü Şahin Atamov gümüş medal qazanmışdı.