Azərbaycan İslamiadada ilk medalını qazandı
23 sentyabr 2013 13:49
Bu gün İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
İslamiadanın birinci günündə artıq ölkəmiz ilk medalını da qazanıb. Buna karate yığmamızın üzvü Şahin Atamov nail olub.
84 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız Səudiyyə Ərəbistanı, Misir və BƏƏ karateçilərinə qalib gələrək finala yüksəlib. Amma o, həlledici görüşdə iranlı həmkarına uduzaraq gümüş medalla kifayətlənməli olub.