Fotoreportaj|Video|На русском

Olimpizm

Mənə federasiyadan söz vermişdilər ki.. (FOTOREPORTAJ)

23 sentyabr 2013 21:07
İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Oyunlarının ilk günündə Azərbaycan karateçiləri biri qızıl, digəri gümüş olmaqla iki medal qazandılar. Azerisport.az xəbər verir ki, yarışdan sonra yarışların qalibi Ayxan Mamayev və gümüş medalçısı Şahin Atamov qələbə sevinclərini bölüşüblər.
 
Qalib idmançılarımız haqqında qısaca olaraq bildirək ki, Ayxan Mamayev 1991-ci ildə, Şahin Atamov isə 1986-cı ildə Bakıda anadan olublar. Hər ikisi Bakıxanov qəsəbəsində “Qara qaplan” klubunda məşqlərə başlayıblar. Əvvəllər “Budokan” adlanmış bu klubda Seymur və Şahin Xudaverdiyev qardaşlarının rəhbərlikləri altında karate ilə məşğul olmağa başlayıblar.
 
Ayxan Mamayev 5 ildir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Gənclər arasında 2011-ci ildə dünya, bir il sonra isə qitə çempionu olub. Böyüklər arasında isə 2012-ci ildə Avropa ikincisi və dünya üçüncüsü olub.
 
İslam oyunlarında 4 görüş keçirən Ayxan ilk iki döyüşdə 8:0, üçüncü döyüşdə 1:0 finalda isə Misir idmançısı Hani Keştaya 9:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Kolumbiyada ötən il keçirilmiş dünya oyunlarında həmin idmançı Ayxana 2:1 hesabı ilə qalib gəlmişdi.
 
Ayxan yarışdan sonra bunları dedi: “Bu il yalnız bir medalım var idi. O da İstanbul open turnirində üçüncü yeri tutmaqla qazanmışdım. İli uğurla başa vurmaq üçün bu qələbəm lap yerinə düşdü. Yaxın vaxtlarda hərbi xidmətə yollanacağam. Mənə federasiyadan söz vermişdilər ki, qızıl medal qazansam, məşqlərimə davam etmək üçün lazımi köməklik göstəriləcək. Buna görə də bu dəfə daha möhkəm döyüşdüm.
 
Karatedə qazandığım uğurlara görə valideynlərimə, məşqçilərimə və federasiya rəhbərliyinə minnətdaram”.
 
Şahin Atamov məşqlərə 9 yaşından başlayıb. 2006-cı ildə şotokanda gənclər arasında dünya çempionu WKF-də isə böyüklər arasında dünya çempionatının gümüş və bürünc medalarını qazanıb. İki dəfə dünya kubokunun qalibi olub.
 
Bu gün keçirilən yarışlarda ilk döyüşdə 5:3, ikincidə 2:0, yarımfinalda isə 1:0 hesabı ilə qalib gəlib. Yalnız finada iranlı rəqibinə məğlub olan Şahin Azərbaycan komandasının 3-cü İslam Oyunlarında ilk medalını qazanmış oldu.
 
Şahin Atamov: “Əslində mən qızıl medal qazana bilərdim. Təsəvvür edin sentyabr ayı ərzində bu mənim üçüncü yarışımdır. Əvvəlcə İstanbul Open, sonra Moskvada dünya yığma komandasının tərkibində Rusiya yığmasına qarşı döyüş. Üstəlik bu qədər sürətli iqlim dəyişikliyi səhhətimə təsir etdi. Artıq Cakarta hava limanında həkimlərə müraciət etməli oldum. Təyyarədən yüksək temperaturla endim. Sağ olsunlar nümayəndə heyətimizin həkim qrupu onları köməyi ilə ayağa qalxıb döyüşdüm. Lakin finalda artıq xəstəlik və bu üzdən yaranan yorğunluq döyüşməyə imkan vermirdi. Yoxsa həmin iranlını gürcüstanda məğlub etmişdim. Həmişə də yarışlarda nəticələrim ondan yuxarı olub.
 
Hər halda bu vəziyyətdə göstərdiyim nəticə məni qane edir. Buna görə də qələbəmə görə həkimlərimizə, şəxsi məşqçilərimə, yığma komandanın baş məşqçisi Rəhman Hətəmova və federasiyamızın prezidenti Yaşar Bəşirova minnətdaram”. (AGİN)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah