Nuripaşa Talıbov: Ustalıq səviyyəsi baxımından rəqibdən geri qaldıq
Ümumdünya Boks Seriyası (WSB) yeni mövsümünün 1-ci turunda "Baku Fires" səfərdə Qazaxıstanın "Astana Arlans" klubuna 1:4 hesabı ilə uduzub. Azerisport.az xəbər verir ki, görüşdən sonra yerli komandanın baş məşqçisi Nurlan Akurpekov fikirlərini bildirib:
"Əlbəttə, istərdik ki, 5:0 hesabı ilə qalib gələk. Ancaq rəqibimiz zəif olmadığından nəticəni yaxşı saya bilərik. Fikirləşirdik ki, 91 kq çəki dərəcəsində döyüşü uduzacağıq. Bizim debütant Erjan Muxamedjan Hacı Murtuzəliyevi məğlub edə bildi. Amma 64 kq çəki dərəcəsində Asxat Ualixanovun qalib gələcəyinə ümid edirdik. Heybətulla Hacıəliyevlə görüşdə ona nəsə çatmadı".
Komandamızın baş məşqçisi Nuripaşa Talibov isə bəzi boksçuların ustalıq səviyyəsi baxımından rəqibdən geri qaldıqlarını deyib. O, hakimliklə bağlı iradının olmadığını və idmanda belə məğlubiyyətlərin qaçılmaz olduğunu söyləyib.