Millimiz Qazaxıstanda 9 boksçu ilə mübarizə aparacaq
18 may 2016 12:15
Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır.
Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən milli komandamızın heyətində bu boksçular mübarizə aparacaq:
48 kq – Əzizə Abbasova,
51 kq – Anna Əlimərdanova,
57 kq – Məhsəti Həmzəyeva,
60 kq – Yana Alekseyevna,
64 kq – Ayzanat Hacıyeva,
69 kq – Məryəm Cəbrayılova,
75 kq – Elena Vstropova,
81 kq – Alina Hacıyeva,
+81 kq – Aynur Rzayeva
Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi altında çıxış edəcək.