WSB Liqasında yeni mövsüm start götürdü
Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümündə ilk görüş keçirilib. Azerisport.az xəbər verir ki, A qrupunda mübarizə aparan "Turkiye Conquerors" İstanbulun Bağçılar İdman Sarayında "China Dragons" komandasını qəbul edib.
Türkiyə təmsilçisi 4 illik fasilədən sonra yenidən WSB liqasında çıxış etməyə başlayıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Turkiye Conquerors" - "China Dragons" 3:2
49 kq: Hamza Kartal - Yunjun He 0:3 (45:50, 46:49,47:48).
56 kq: Hakan Çigdem - Boxinang Xu TKO R4 00:13
64 kq: Yakup Şener - Çiaçenq Menq - 3:0 (48:47, 49:46,49:46)
75 kq: Evren Tibukoğlu - Minggang Zhao -3:0 (50:45, 48:47,49:46).
91 kq: Seyda Keser - Fengkai Yu TKO R2 02:12
Türkiyə komandasının heyətində 49 kq çəki dərəcəsində mübarizə aparan boksçu azərbaycanlı idman həvəskarlarına yaxşı tanışdır. Söhbət vaxtilə "Baku Fires" klubunun heyətində çıxış etmiş Xamza Nametovdan gedir. Artıq Hamza Kartal ismini daşıyan boksçu çinli rəqibinə uduzub. Xatırladaq ki, o bu yaxınıarda Türkiyə çempionatında 1-ci yerə layiq görülmüşdü.
A qrupunda bu iki komandadan başqa, "Cuba Domaderos" və "Ukraine Otomans" klubları da çıxış edir.