Baku Fires Puerto Rikoda qələbə qazandı
19 aprel 2015 22:00
Puerto Rikonun San Xuan şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 13-cü turu çərçivəsində “Baku Fires” yerli “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, Bakı təmsilçisi bu görüşdən qalib ayrılıb.
“Puerto Rico Hurricanes” - "Baku Fires” 2:3
49 kq. Angel Aldonado – Rəsul Saliyev (rəqibi rinqə çıxmadığından qələbə Saliyevə verilib)
56 kq. Qarsiya Mora – Məhəmməd Qurbanov 3:2
64 kq. Karlos Adames – Heybətulla Hacəliyev 3:0
75 kq. Ceffri Quillen – Jaba Xositaşvili 0:3
91 kq. Rosado Joze – Abdulqadir Abdullayev (Abdullayev elə ilk raunddaca erkən qələbəni təmin edib)