İki boksçumuz medalı təmin etdi
24 iyul 2014 14:00
İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın iki üzvü – Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.
Cəbrayılova ¼ finalda irlandiyalı Klara Şheedi üzərində qələbə qazanıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək. Alina Hacıyeva isə finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq.
Digər boksçumuz Aliyə Vəlizadə (54 kq) isə ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.
Yarımfinal görüşləri iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək.