Ölkə birinciliyinə ara verildi
9 mart 2016 16:00
Basketbol üzrə ölkə çempionatında yenidən fasilə yaranıb. Azerisport.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ağdaşda basketbol üzrə ümumrespublika zona yarışlarının keçirilməsi ilə bağlı və kişilərdən ibarət yığmanın Bişkekə "Novruz-2016" turnirinə yollanmasına görə ölkə çempionatının növbəti turu mart ayının 26-da keçiriləcək.