Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır
21 sentyabr 2016 15:20
Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"17 günlük İtaliya toplanışımız gözəl keçdi. Bəzi matçlarda uduzsaq da, önəmli olan mövsümə necə start verməyimizdir. Bu gün də burada "Avroliqa Media Günü"ndə yer almışıq. Əyləncəli bir gündür. Komandanın qaynayıb-qarışması baxımından önəmli tədbirdir. Biz də bunun dadını çıxarırıq. Rusiya və Yunanıstanda hazırlıq matçlarımızı oynadıqdan sonra mövsümə start verəcəyik".