Autsayder lideri üstələdi
15 fevral 2016 13:40
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında 23-cü ölkə çempionatında ilk sensasiya baş verib. Azerisport.az xəbər verir ki, "Araz" - NTD qarşılaşmasında oyunun əvvəlindən axırına kimi "Araz" təşəbbüsü ələ alaraq rəqibini məğlub edib -81:73.
Digər oyunların nəticələri belədir:
AZTOP - "Dərviş" - 61:77
"Baku Oilers" - BDU - 94:34
"Bakı" - "Sıçrayış" oyunu qarşılıqlı razılaşmaya əsasən başqa vaxta keçirilib.
Turnir cədvəli:
NTD - 20, "Bakı" - 18, AZTOP - 18, "Baku Oilers" - 17, "Sıçrayış" - 16, "Dərviş" - 16, "Araz" - 13, BDU - 11.
Növbəti turun oyun cədvəli:
20.02.2016
11:00. "Dərviş" - BDU
12:30. AZTOP - "Sıçrayış"
14:00. "Bakı" - NTD
15:30. "Baku Oilers" - "Araz"