İsayev və Əlizadə yarımfinalda (YENİLƏNDİ)
22 avqust 2010 03:07
Bu gün iki Azərbaycan idmançısı Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiadada mübarizəyə qatıldılar.
Azerisport.az xəbər verir ki, Elvin İsayev isə (57 kq) monqolustanlı Anand Daşdorjla qarşılaşdı. Görüş 13:2 ümumi hesabı ilə idmançımızın xeyrinə bitdi. Bu qələbə İsayevə yarımfinala vəsiqə qazandırdı. Yarımfinalda onun rəqibi Venesueladan olan Fradimir Makayo olacaq.
Səlman Əlizade isə (48 kq) Sinqapur təmsilçisi Moxd Həmidlə bu gün, avqustun 22-si, qarşılaşacaq.
Qeyd edək ki, digər boksçumu Şaban Şahpələngov (51 kq) Misir təmsilçisi Heşam Abdellala ilə qarşılaşdı və 4:8 hesabı ilə məğlub oldu.