Azərbaycan beşinci qızıl medalını qazandı (YENİLƏNDİ)
17 avqust 2010 16:48
Bu gün Yeniyetmələr arasında keçirilən Olimpiadada daha üç azrəbaycanlı idmançı mübarizəyə qatıldı.
Azerisport.az xəbər verir k, sərbəst güləşçi Kənan Quliyev (54 kq) turniri kubalı Yerzom Ernandes üzərində qələbə ilə başladı (3:1).Bundan sonra o Sinqapur təmsilçisi Kester Çen Yu Lyunq (4:0) və Avstraliya idmançısı Leyden Lourensə qalib gələrək (4:0), finala çıxdı. Finalda o Yaponiyadan olan Yuki Takahaşı ilə qarşılaşdı. Lakin döyüş azərbaycanlı pəhləvanı üçün uğurlu alınmadı: Takahaşıya uduzaraq (0:4, 0:4) o gümüş medala sahib oldu.
Ali Maqomedbağırov (100 kq) ilk görüşdə Monqolıstan təmsilçisi Oyunbold Extunqs u 3:1 hesabı ilə məğlub etdi. Sonra o Gürcüstan idmançısı Qeno Petriaşviliyə alib gəldi (3:0). Alt qrupun son görüşündə Maqomedbağırov Amerika Samoanın idmançısı Manuolefoaqa Sualevai ilə qarşılaşdı və 4:0 hesablı qələbə əldə edərək, finala vəsiqə qazandı. Qızıl medal uğrunda o Kuba təmsilçisi Abraham de Xesus Konyedo Ruano ilə mübarizə apararaq ona qalib gəldi - 1:0, 1:0.
Ağır atletika üzrə idmançısı Nicat Məmmədov (69 kq) mübarizəyə başladı. O iki məşqli yarışda 295 kq (134 kq + 161 kq) topladı. Bu nəticə ilə, o Çin təmsilçisi Xinqbin Qonq (293 kq) və Kuba idmançısı Edell Markesi (283 kq) qabağlayaraq qızıl medalı qazandı.
Xatırladaq ki, Olimpiadanın ilk iki günündən sonra Azərbaycan idmançılar üç qızıl medal qazanıb.