Pərviz Abdullayev Dünya kəməri uğurunda mübarizə aparacaq
22 noyabr 2014 00:15
Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev də kikboksinq yarışlarında növbəti döyüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, idmançımız bu gün Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq döyüşdə qüvvəsini sınayacaq.
Abdullayev 72,5 kq çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq. Kikboksinqçimiz bu qarşılaşmada Mərakeş idmançısı Raşid Belaini ilə üz-üzə gələcək. Qalib İPCC-nin dünya çempionu adına da yiyələnəcək.
Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini nokautla məğlub etmişdi.