Fotoreportaj|Video|На русском

Güləş

Firdovsi Umudov: Mənə göstərilən etimadı doğrultmağa çalışacağam

17 noyabr 2016 14:00

Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Azerisport.az xəbər verir ki, yarışa səylə hazırlaşan sərbəst güləş üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub.

Məşqdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın sabiq böyük məşqçisi, hazırda baş məşqçi əvəzi vəzifəsinə təyinat alan Firdovsi Umudov heyətdə müəyyən dəyişikliklərin olacağını bildirib.

Təcrübəli çalışdırıcı təyinatı barədə də danışıb:

“Komanda mənə çox yaxındır. Uşaqlarla tanışıq, onlar da məni çox yaxşı tanıyır. 2007-2008-ci illərdə çalışdığım yeniyetmələr indi əsas yığmanın üzvləridir. Hacı Əliyev, Cəbrayıl Həsənov, Toğrul Əsgərovu misal göstərmək olar. İdmançılarımızın psixologiyasını, onlara necə yanaşmağın lazım olduğunu bilirəm. Hazırlıq prosesində də çatışan və çatışmayan cəhətlərə bələdəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Güclü məşqçilər korpusumuz var. Bir yerdə işləyib gələcək yarışlarda da nəticələr qazanmağa çalışacağıq. Təbii ki, yığmada son söz baş məşqçinin olur. Mən də çalışacağam ki, idmançıları düzgün analiz edim və doğru qərar verim. Ümumiyyətlə, əsas məqsəd milli komandaya yeni nəfəs gətirməkdir. Bilirsiniz ki, güləşsevərlər, xalqımız daim yarışlarda yeni simalar, güclü güləşçilər görmək istəyir. Yeniyetmələrə, gənclərə daha çox üstünlük verməliyik. İndidən təməli möhkəm qoysaq, gələcəkdə bunun bəhrəsini görəcəyik. Hazırda komandada rəqabət çox güclüdür. Dünya Güləş Birliyinin qərarına əsasən, “Qızıl Qran Pri“ beynəlxalq turnirinin final mərhələsində hər çəkidə 3 güləşçimiz çıxış edə bilər. Bəzi çəkilərdə 4-5 pəhləvanımızın iştirakı planlaşdırılır. Təlim-məşq toplanışlarında hamısını nəzərdən keçirmişik, yoxlamışıq. Onlar yarışlara tam hazırdırlar. Bilirsiniz, güləşçilərimizdə ilk növbədə vətənə sevgi olmalıdır. Demək olar, hər məşqdən əvvəl bu barədə onlarla söhbətimiz olur. Onlar dərk etməlidirlər ki, beynəlxalq arenalarda ölkəmizi təmil edirlər, daim bayrağımızı yüksəltməyə, himnimizi səsləndirməyə çalışmalıdırlar. Vətənə sevgi olsa, uğurlarımızın sayı da atacaq. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi idmançılarımızın yaxşı nəticələr qazanması üçün əlindən gələni edir. Bizim də məqsədimiz etimadı doğrultmaqdır".

Qeyd edək ki, proqrama əsasən, sərbəst güləşçilər yarışların ilk günündə mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də olacaq.

Другие новости этого раздела

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb23 dekabrDünya çempionunun xatirə turnirindən 1 qızıl medal20 dekabrGüləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı19 dekabrYeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq15 dekabrHəsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı11 dekabrQeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq07 dekabr9 ildə 192 medal - 63 qızıl, 49 gümüş, 80 bürünc28 noyabrYunan-Roma güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı26 noyabrQadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazandı25 noyabrSərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı24 noyabrQızıl Qran Pri turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı23 noyabrAkif Əliyev: Çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək21 noyabrSərbəst güləşçilərimiz İranda 2-ci oldular19 noyabr"Artıq növbəti olimpiada barədə düşünürük"18 noyabrGüləşçilərimiz beynəlxalq turnirə gedirlər15 noyabr
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop