Yeniyetmə qızlardan DÇ-də uğursuz gün
17 sentyabr 2016 00:05
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar yarışıb.
Güləşçilərimiz 3 çəkidə mübarizə aparıb. Amma onların heç biri uğur qazana bilməyib.
40 kq
1/8 final - Ayşən Yusifova - Yu-Syuan Çang (TPE) 0:11
46 kq
1/8 final - Alina Zokoeva - Emma Jonna Denise Malmgren (SWE) 0:8
1/16 final - Alina Zokoeva - Tamuna Samxaradze (GEO) 4:0
52 kq
1/16 final - Adelina Mirzəyeva - Andribet Rivera Belliard (PUR) 0:10