Yalnız Elis Manolova
Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, üçüncü və dördüncü yarış günündə 44, 48, 51, 55, 59, 63, 67 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb.
Azərbaycan güləşçiləri də bəzi çəki dərəcəsində təmsil olunub.
67 kq çəkidə mübarizə aparan Elis Manolova ardıcıl olaraq Özbəkistan və Ukraynadan olan rəqiblərini məğlub edib. Yarımfinalda güləşçimiz Fransa təmsilçisi ilə görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolova həlledici görüşdə Hindistan təmsilçisini məğlub edib. Bu qələbə ilə güləşçimiz çempionatın bürünc medalına sahib olub.
Digər güləşçilərimizin çıxışı isə uğursuz alınıb:
48 kq
1/8 final - Gülcahan Hacıyeva - Evelin del Carmen Sosa (ARG) 4:7
51 kq
1/8 final - Nodira Sabirova (UZB) - Səbinə Həmzəlzadə 9:6
55 kq
Təsəlliverici görüş - Olena Kremzer (UKR) - Şəbnəm Əhmədova 6:0
1/8 final - Şəbnəm Əhmədova - Mayu Mukaida (JPN) 0:10
1/16 final - Şəbnəm Əhmədova - Madalina Ioana Caia (ROU) 6:5
67 kq
Bürünc medal görüşü - Anil Mane Reşma (İND) - Elis Manolova 2:4
1/2 final - Koumba Selene Fanta Larroque (FRA) - Elis Manolova 3:0
1/4 final - Yuliia Lisovska (UKR) - Elis Manolova 0:3
1/8 final - Elis Manolova - Baxtigül Baltaniyazova (UZB) 5:0