Almaniya qran prisində ikinci gün daha 4 medal şansı
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə qran pri beynəlxalq turniri keçirilir. Azerisport.az xəbər verir ki, turnirin ikinci yarış günündə 57, 61, 70 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışır.
İlk yarış günündə güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanıb. Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıb. Şərif Şərifov (86 kq) isə gümüş medala yiyələnib.
57 kq
1/4 final - Mircəlal Həsənzadə - Artur Eisenkrein (GER)
61 kq
1/4 final - Abbas Raxmonov (UZB) - Hacı Əliyev
70 kq
1/4 final - Haydar Yavuz (TUR) - Gitinomaqomed Hacıyev
125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Dmitri Popov (KAZ)