Fotoreportaj|Video|На русском

Güləş

Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib

27 noyabr 2015 20:00

Bu gün Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə əvvəlcə incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. Sonra iştirakçı komandaların bayraqları arenaya gətirilib.

Mərasimdə çıxış edən Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, bu turnir Dünya Güləş Birliyinin təqvim planının ən güclü yarışlardan biridir.

"Dostluq, qardaşlıq və qarşılıqlı hörmət şəraitində gücünü sınamaq üçün bütün qitələrdən gəlmiş buradakı bütün güləşçiləri təbrik edirəm. 2016-cı ilin avqust ayında Rioda keçiriləcək Olimpiya Oyunlarına aparan bu yüksək səviyyəli yarış güləşi idman aləminin ən yüksək zirvələrinə qaldırmağa çalışan Azərbaycan Güləş Federasiyasının dinamik inkişafından xəbər verir".

Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq 8-ci ildir keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə Dünya Güləş Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. AGF rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib:

"Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bir müddət öncə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq idman tədbirinin təşkili və keçirilməsi bütün dünya idman ictimaiyyəti, qonaqlar və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. London Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətləri davam etdirən pəhləvanlarımız 6 qızıl, 2 gümüş və 7 bürünc medal əldə etməklə bütün xalqımızı sevindirdilər. Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən Olimpiadaya lisenziya xarakterli Dünya çempionatında isə güləşçilərimiz 11 vəsiqəni təmin etdilər. Qazanılan bu uğurlar Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsidir. Qarşıda bizi Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunları gözləyir. Hədəfimiz bu Oyunlarda yüksək əyarlı medallar qazanaraq bayrağımızı yüksəltmək, himnimizi səsləndirməkdir".

Çempionatda iştirak edən idmançılara uğurlar arzulayan AGF I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yarışı açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə yarışların təntənəli açılış mərasimi başa çatıb.

Sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin fəxri qonağı, Dağıstan Respublikasının baş naziri, Dağıstan Güləş Federasiyasının prezidenti Abdusamad Həmidov tərəfindən Azərbaycan və Dağıstan arasında bütün sahələrdə əməkdaşlığın və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun adına fəxri diplom təqdim edilib. Diplomu AGF I vitse-prezidenti Namiq Əliyev qəbul edib. Öz növbəsində AGF rəsmisi də fəxri qonağa yarışın xatirə hədiyyəsini, Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson güləşin inkişafındakı xidmətlərinə görə Dağıstan Respublikasının baş naziri, Dağıstan Güləş Federasiyasının prezidenti Abdusamad Həmidova DGB-nin xatirə plaketini təqdim edib. 

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah