Fotoreportaj|Video|На русском

Güləş

Birinci cəhddən sonra güləş yığmalarımız ilk üçlükdə qərarlaşıb

22 sentyabr 2015 13:30

7-12 sentyabr aralığında Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə böyüklər arasında növbəti Dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, bu çempionatı digərlərindən fərqləndirən ən mühüm cəhət yarışda 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına vəsiqələrin qazanılması idi.

Azərbaycan güləş yığmaları çempionatda ümumilikdə 23 idmançı ilə təmsil olundu. Güləşçilərimiz Rio Olimpiadasında iştirak üçün mümkün 18 vəsiqədən 11-ni elə ilk cəhddə qazanaraq öz qələbə ənənələrini davam etdirdi. Dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Qazanılan Olimpiya vəsiqələrinin ümumi sayına görə, Azərbaycan yalnız Rusiyadan (12 vəsiqə) geri qalıb. Ayrı-ayrı növlər üzrə çempionatın yekunlarına nəzər salsaq görərik ki, hər üç güləş yığmamız Rio Olimpiadasına əldə etdiyi vəsiqələrin sayına görə ilk üçlükdə qərarlaşıb.

Belə ki, çempionatın ilk günlərində mübarizə aparan yunan-Roma güləşi üzrə yığmamız Olimpiadaya 4 çəkidə vəsiqə qazanaraq Rusiya ilə ilk sıranı bölüşüb. Güləşçilərimiz 59, 75, 85 və 130 kq çəki dərəcələrində fərqlənib. Sonrakı yerləri tutan İran və Ukrayna yığmaları isə, hərəyə 3 vəsiqə əldə edə bilib.

Rio Olimpiadasına qazanılan digər 4 vəsiqə sərbəst güləşçilərimizin payına düşüb. 65, 86, 97 və 125 kq çəki dərəcələrində Olimpiadaya vəsiqə qazanan sərbəst güləş yığmamız lisenziya sayına görə, Rusiya (6) və İrandan (5) sonra üçüncü sırada qərarlaşıb. Gürcüstan və Monqolustan yığmaları da hərəyə 4 vəsiqə qazanıb.

Qadın güləşçilərimiz isə, bu mundialda Olimpiadaya 6 mümkün vəsiqədən 3-nü təmin edib. 48, 53 və 58 kq-da Olimpiya vəsiqəsi əldə edən yığmamız yalnız Yaponiya (5 vəsiqə) və Çindən (4 vəsiqə) geri qalıb. İsveç qadın yığması da Olimpiya Oyunlarına 3 vəsiqə qazanıb.

İlk cəhddə vəsiqə əldə edilməyən çəki dərəcələri üçün güləşçilərimiz qitə və dünya təsnifat turnirlərində mübarizə aparacaq. Bu yarışlar 2016-cı ilin 15-17 aprelində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.

5-21 avqust 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləşçilər 57, 65, 74, 86, 97, 125 kq-da, Yunan-Roma güləşçiləri 59, 66, 75, 85, 98, 130 kq-da, qadın güləşçilər isə, 48, 53, 58, 63, 69, 75 kq çəki dərəcələrində mübarizə aparacaq.

Xatırladaq ki, müstəqil Azərbaycanın güləş yığma komandaları indiyə qədər qatıldığı Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ünün əyarı qızıldır. Olimpiya medallarından 5-i gümüş, 5-i isə bürünc əyarlıdır.

Другие новости этого раздела

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb23 dekabrDünya çempionunun xatirə turnirindən 1 qızıl medal20 dekabrGüləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı19 dekabrYeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq15 dekabrHəsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı11 dekabrQeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq07 dekabr9 ildə 192 medal - 63 qızıl, 49 gümüş, 80 bürünc28 noyabrYunan-Roma güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı26 noyabrQadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazandı25 noyabrSərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı24 noyabrQızıl Qran Pri turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı23 noyabrAkif Əliyev: Çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək21 noyabrSərbəst güləşçilərimiz İranda 2-ci oldular19 noyabr"Artıq növbəti olimpiada barədə düşünürük"18 noyabrFirdovsi Umudov: Mənə göstərilən etimadı doğrultmağa çalışacağam17 noyabr
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop