Rəşid Məmmədbəyovun xatirə turnirində son günün nəticələri
Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, proqrama əsasən, yarışların son günündə 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində 88 nəfər yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb.
58 kq
1. Kamran Mirzəliyev - Neftçi İSM
2. Kənan Cəfərov - 16 saylı UGİM
3. Məhəmmədəli Həsənov - Cəngi GK
3. İbrahim Səfərov - Sumqayıt, Təhsil İC
63 kq
1. Ceyhun Nəsirov - Həyat GK
2. Mirdamət İsmayılzadə - Lənkəran
3. Rasim Qazaxov - Balakən
3. Ramin Cəfərov - Neftçi İSM
69 kq
1. Ülvi Qənizadə - Neftçi İSM
2. Röyal Muradov - Şəmkir
3. Rəhimbəy Şıxov - Qusar
3. Cavanşir Qasımov - Cəngi GK
76 kq
1. Nəzərşah Fətullayev - Quba
2. Rüfət Güləliyev - Gömrükçü İSM
3. Hacıbaba Əbdülmanafov - Zəngilan
3. Kamran Xaşalov - Gəncə, TİM
85 kq
1. Yaşar Zamanov - Təhsil İC
2. Rövşən Eyyubov - ROİL
3. Həmid Fərəcov - Neftçi İSM
3. Elxan Qaçaylı - Cəngi GK
100 kq
1. Rauf Məmmədli - Cəngi GK
2. Uğur Hacılı - DİN İC
3. Camal Feyziyev - 16 saylı UGİM
3. Abbas Əliyev - ROİL
İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunur. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanır.