Fotoreportaj|Video|На русском

Ağır atletika

Dünya çempionatının açılış mərasimində mənzil hədiyyə edildi!

25 dekabr 2014 11:35

Azərbaycan idmanının lider klublarından biri – “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, ötən gün – dekabrın 24-də, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və kluba məxsus olan “Altınpark-Akarsu” İdman Kompleksinin yarış zalında görkəmli açılış mərasimi keçirilib.

Mərasim yarışda iştirak edən klubların loqoları olan lövhələr və təmsil etdikləri ölkələrin bayraqlarının gətirilməsi ilə start verildi. Bu lövhə və bayraqları həmin klubların məşqçi və idmançıları salona gətirdilər.

Sonra çıxışlara keçirildi. Ilk olaraq söz Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınara verildi. O, bunları dedi: “Hamınızı salamlayıram və bu böyük turnirə xoş gəlmisiniz deyirəm. Azərbaycan və Türkiyə, həmçinin dünya ağır atletikasının inkişafı üçün “Zirvə” İdman Klubunun gördüyü işlər əvəzsizdir.  Bir klub olaraq idmana qatdıqları dəyər, çəkdikləri zəhmətlə nümunə təşkil edən bu klub nümayəndələrinə təşəkkür etmək gərəkdir. Xüsusilə, klubun prezidenti Tofiq Heydərova ayrıca ços sağ ol deyir, ona minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, idman bir ürək işidir. Onu sevməsən, uğur qazana bilməzsən. Burada, Ankaradakı “Altınpark-Akarsu” İdman Kompleksində keçirilən yarış bu insanların idmana sevgisinin böyüklüyünü göstərir. Yalnız öz ölkəsi Azərbaycan deyil, həmçinin Türkiyə, eləcə də digər Avropa və digər qitələrdəki ölkələrdə ağır atletikanın yüksəlməsini düşünmək, buna təkan verməyə çalışmaq fikri çox gözəldir. İnşallah, bu əməklər boşa getməz və daha böyük uğurlar qazanılaraq dünya idmanında bir iz açılar. Bir daha bura gələn hər kəsə təşəkkür edir, “Zirvə” İdman Klubu, onun beynəlxalq layihəsi “Zirve İnternational Sport Clubs”a uğurlar arzulayıram”.

Daha sonra “Zirve İSC” prezidenti Tofiq Heydərov çıxış etdi. Kompleksə toplaşan hər kəsi salamlayan natiq, çıxışını belə davam etdirdi: “Hamınıza təşəkkür edirəm. Dünənə qədər klubumuz yalnız Azərbaycanda yarışlar keçirirdi. Bu gün isə biz “Zirvə”nin ölkə xaricindəki ilk beynəlxalq yarışına toplaşmışıq. Yer seçimi üzərində çox düşünmədik. Tarixən eyni köklərə malik olduğumuz Türkiyə, hələ 90-cı illərin əvvəllərində əksər ağır atletlərimizə qucaq açmış, onların uğurlarına yardımçı olmuşdu. Elə ağır atletika üzrə ilk dünya çempionumuz olan Hafiz Süleymanov da Türkiyə bayrağı altında çıxış etmişdi. Odur ki, qərarımızı qardaş ölkə lehinə verdik. Və bundan da çox məmnunuq. Türkiyə Ağır Atletika Federasiyası son işləriylə ölkə idmanına bir oyanış gətirib. Onların bu addımlarını alqışla qarşılayır, tam dəstəyimizi bildiririk. Federasiya tərəfi bizə bu çempionatın keçirilməsində də böyük kömək etdilər ki, buna görə də böyük təşəkkürü özümə borc bilirəm. Azərbaycanda da idmanın inkişafı göz qabağındadır. 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımız Bakıda keçirilməsi buna daha bir sübutdur. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində ölkə idmanımız zirvələri fəth edir və fəth etməkdə də davam edəcəkdir. Fürsətdən istifadə edərək, bu gün ad gününü qeyd edən dövlət başçımızı təbrik edir, ona can sağlığı arzulayır, fəaliyyəti, hər addımı ilə bizə, bütün Azərbaycana, onun idmanına qayğısına görə təşəkkür edirəm. Bir daha qonaqlarımızı salamlayır, maraqlı mübarizə olacaq yarış izləməyi arzulayıram. Sağ olun!”

Nitqlər bitdikdən sonra təqdimat mərasiminə keçildi. “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov Türkiyə Ağır Atletikasının prezidenti Tamer Taşpınar, üçqat Olimpiya çempionu, “Zirvə”nin yaxın dostu Halil Mutlu, “Altınpark”ın sahibi olan ANFA Şirkətlər Qrupunun rəhbərliyi, həmçinin Ankara Böyük Şəhər Bələdiyyəsi nümayəndəliyinə təşəkkür plaketləri verdi. Bununla yanaşı, Heydərov Türkiyə Cüdo Federasiyasının prezidenti Fatih Uysal, Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin üzvü İlham Abbasov, Azərbaycanın Türkiyədəki Səfiri Faiq Bağırovun təmsilçisinə, həmçinin yarışın sponsorları Əli Cavadov və Vüqar Həbibov, Azərbaycanın böyük uğurlar qazanmış gənc ağır atleti Rüstəm İmanzadənin məşqçisi Anar Qasımova  xüsusi xatirə medalları təqdim etdi. Üstəlik, yuxarıda adı çəkilən hər kəsə AAAF Park Yaşayış Kompleksində istifadə üçün “Qızıl Kart”lar verildi. Ki, bu, Kompleksin tarixində ilk belə kartların məhz bu insanlara verilməsi onlara verilən dəyərin göstəricisidir.

Qarşılıq olaraq Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınar klubumuzun prezidenti Tofiq Heydərov və “Zirvə” İdman Klubunun baş məşqçisi, dünya və Avropa çempionu Hafiz Süleymanova təşəkkür plaketi verdi.

Daha bir böyük hədiyyə Halil Mutluya qismət oldu. Klub prezidentimiz Tofiq Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin bu gün qeyd etdiyi ad günü münasibətilə üçqat Olimpiya, dəfələrlə dünya və Avropa çempionu və rekordçusu, “Zirvə”nin dostu olan sabiq atletə AAAF Park Yaşayış Kompleksində üçotaqlı evin açarlarını təqdim etdi.

Sonda açılış mərasimin bədii hissəsi başladı. Türkiyənin tarixi “Mehtərlər komandası” göstərisi salona toplaşanların alqışların səbəb oldu.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah