IWF Azərbaycanı 500 000 ABŞ dolları məbləğində cərimə etdi
Azərbaycan Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) tərəfindən cəzalanıb. Azerisport.az xəbər verir ki, beynəlxalq qurum AAAF-ı 500 000 ABŞ dolları məbləğində cərimələyib.
Qeyd edək ki, bu cəzaya səbəb Azərbaycan yığmasının ötən il keçirilmiş Avropa Çempionatında dopinq testində ilişməsi ilə bağlıdı.
Cərimə məbləği yarım il ərzində ödənilməlidi. Cərimə ödənilənədək Azərbaycan yığması IWF-nin bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.
Qeyd edək ki, Azərbaycan yığmasının heyətində AÇ-də dopinqə görə "ilişən" atletlər bunlardı: Valentin Xristov, Kamran İsmayılov, Alena Kirienko, Mərziyyə Məhərrəmova, Silviya Angelova, Sərdar Həsənov, Kseniya Vişnitskaya, İntiqam Zairov və Zülfüqar Süleymanov. Sonuncu ikinci dəfə belə bir aqibətlə üzləşdiyindən ümumiyyətlə ömürlük cəzalanıb.