Çinli Şuay Venq Qran-Prinin qalibi oldu
8 dekabr 2013 11:23
Dekabr ayının 5-dən 8-dək Azərbaycanda keçiriləcək Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kubokunun ikinci yarış günündə 58 kq çəki dərəcəsində A qrupunda mübarizə aparan qadınlar arasında mübarizə artıq başa çatıb. Azerisport.az xəbər verir ki, iki Azərbaycan təmsilçisi – Silviya Angelova və Mərziyyə Məhərrəmovanın da qatıldığı yarış çinli atlet Şuay Venqin qələbəsiylə başa çatıb.
O, toplam 212 kq (94 kq + 118 kq) nəticə ilə qızıl medala sahib çıxıb. Sonrakı yerləri müvafiq olaraq rumın atlet Elena Toma 211 kq (96 kq + 115 kq) və ukraynalı Yuliya Kalina 200 kq (92 kq + 108 kq) tutub.