Firudin Quliyev Beynəlxalq Bakı Kubokunun qalibi oldu
8 dekabr 2013 11:15
Azərbaycanda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku başa çatıb. Azerisport.az xəbər verir ki, atletlər arasında son olaraq körpücük üzərinə 69 kq çəki dərəcəsində A qrupunda mübarizə aparan kişilər çıxıblar.
Bu çəkidə Azərbaycanın daha bir qızıl medal ümidi yarışıb. Ötənilki Qran-Prinin qalibi olmuş Firudin Quliyev, dünən Valentin Xristovun etdiyi kimi titulunu qoruyub. Son dünya çempionatının bürünc mükafatçısı və gənclər arasında dünya rekordunun müəllifi olan Firudin Quliyev, ona olan ümidləri doğruldub. Toplamda 305 kq (135 kq + 170 kq) nəticə göstərən atletimiz II Beynəlxalq Bakı Kubokunun qalibi adını qazandı.