Sabah İkinci Beynəlxalq Bakı Kubokunun açılış mərasimi keçiriləcək
5 dekabr 2013 18:22
Sabah Şüvəlanda Ağır Atletika Federasiyasının idman kompleksində Ağırlıqqaldırma üzrə İkinci Beynəlxalq Bakı Kubokunun (IWF Grand Prix) açılış mərasimi olacaq. Azerisport.az xəbər verir ki, saat 18.00-da başlayacaq açılışdan dərhal sonra mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında Gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan, eləcə də Azərbaycan Ağır Atletika Federasiyasının rəsmiləri iştirak edəcəklər.