Final mərhələsinin vaxtı açıqlandı
27 noyabr 2013 14:00
Dekabrın 27-29-u tarixlərində AAAF PARK Yaşayış Kompleksinin yarış zalında “Zirvə” İdman Klubunun zona yarışlarının final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu, ilin son və ən böyük yarışıdır.
İlk dəfədir ki, bu yarışda rekord sayda - 165 nəfər atlet çıxış edəcək. Yeniyetmələr çəki dərəcələrində, qadınlar və kişilər isə Sinkleyr cədvəli üzrə mütləq dərəcələrdə mübarizə aparacaqlar. İki gün davam edəcək yarışın qalibləri medal, diplom, kubok və sertifikatlarla təltif olunacaqlar.
Gəlmə günü dekabr 27-dir. Yarışın özü isə 28-29 dekabr tarixlərində keçiriləcək.