Kristina Azərbaycan ağır atletikasının tarixinə düşüb
28 oktyabr 2013 11:37
Polşanın Vrotslav şəhərində keçirilmiş dünya çempionatında 53 kq-da gümüş medal qazanan Kristina Yovu, Azərbaycan ağırlıqqaldırmasının tarixinə düşüb. Azerisport.az xəbər verir ki, buna qədər qadın təmsilçilərimizdən bu uğura yetişən olmayıb.
“Milliləşən” idmançımız planetin ən güclülərinin yarışında fərqlənən ilk xanım atlet kimi yadda qalıb.