Firudin dünya rekordu yazdı, 3-cü oldu
24 oktyabr 2013 11:35
Polşanın Vrotslav şəhərində ağırlıqqaldıranlar arasında düya çempionatı milli komandamız üçün başa çatıb. Azerisport.az xəbər verir ki, körpücük üzərinə çıxan 3-cü idmançımız Firudin Quliyev də yarışı medalsız tərk etməyib.
69 kq-da çıxış edən gənc atlet ümümi hərəkətin cəmində 337 kq-ın (143+194) öhdəsindən gələrək, bürünc mükafat qazanıb. Birdən qaldırmada son cəddə 194 kq sifarişi yerinə yetirən təmsilçimiz «kiçik qız»la yeni dünya rekordunu müəyyənləşdirib.
Xatırladaq ki, digər idmançılarımızdan Kristina Yovu (53 kq) gümüş medala yiyələnib, Valentin Xristov (62 kq) 4-cü yer tutub.