Nigeriylı futbolçular DÇ-dən imtina etdi
Dünya çempionatında daha bir qalmaqal yaşanır. Azerisport.az xəbər verir ki, Qanadan sonra bu dəfə də Nigeriya millisinin futbolçuları məşqə çıxmaqdan imtina ediblər.
Buna səbəb Nigeriya Futbol Federasiyasının (NFF) futbolçulara 1/8 finala çıxacaqları təqdirdə vəd etdiyi pul mükafatını verməməsidi. Oyunçular bu gün axşama nəzərdə tutulan məşqə çıxmayacaqlarını deyiblər.
Qeyd edək ki, Nigeriya millisində oxşar hal DÇ-2010-da da yaşanmışdı. Federasiya futbolçulara qrupda iştiraka görə vəd etdiyi mükafatı verməmişdi. İndi nigeriyalılar oxşar hadisənin bu dəfə də təkrarlanacağından ehtiyat edirlər. Onlar mükafatlarının qısa bir zamanda ödənilməyəcəyi halda həm məşqlərə, həm də iyunun 30-da Fransaya qarşı keçiriləcək DÇ-2014-ün 1/8 final oyununa çıxmayacaqlarını bəyan ediblər.