Yığmamızın rəqibinin baş məşqçisi istefa verdi
25 iyun 2014 00:20
Bu dəqiqələrdə İtaliya millisinin baş məşqçisi Çezare Prandelli istefa verib. Azerisport.az xəbər verir ki, DÇ-2014-də Uruqvayla matçdan sonra o, mətbuat konfransında qərarını gözlənilmədən açıqlayıb.
İtaliyalı çalışdırıcı ədalətsiz qrəarların onu buna vadar etdiyini deyib.
Qeyd edək ki, İtaliya sözügedən matçda 1 qırmızı vərəqə alıb və rəqibinə məğlub olaraq mundialı tərk edib.
İtaliya AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidi.