İrandan FİFA-ya etiraz
24 iyun 2014 18:07
İran Futbol Federasiyası FİFA-ya rəsmi etiraz məktubu ünvanlayıb. Azerisport.az xəbər verir ki, buna səbəb komandanın DÇ-2014-ün qrup mərhələsində Argentina ilə oyundakı hakim səhvləridi.
Asiyalılar minimal hesabla uduzduqları matça görə serb hakim Milorad Majiçin işindən narzılıqlarını bildiriblər.
Məlumata görə, şikayətin səbəbi Majiçin penalti təyin etməməsidi. İranlıların fikrincə hakim Sabaletanın Aşkan Dejaqaya qarşı oyununa görə penalti təyin etməli idi.
Hələ ki, FİFA müraciətə cavab verməyib.