Çezare Prandelli: Heç-heçə üçün oynamayacağıq
24 iyun 2014 14:49
İtaliya millisinin baş məşqçisi Çezare Prandelli bu gün Uruqvayla oynanılacaq həlledici qarşılaşma haqda danışıb. Azerisport.az xəbər verir ki, o, futbolçulara özlərinə inanmalarını tapşırdığını qeyd edib:
“Biz oyuna qələbə əzmiylə çıxacayıq. Əgər nəticə əldə etmək istəyiriksə, vacib olan budu. Bərabərlik üçün oynamayacağıq. İtaliya meydana bir xal üçün çıxan komandalardan deyil. Bizi ağır oyun gözləyir. Püşk atıldıqdan sonra qrupun taleyinin son turda həll olunacağından əmin idim. Belə də oldu, bunu heç nə ilə müqayisə etmək olmaz. Məşqçilik karyeramın ən böyük oyunu olacaq".
Matçda İtaliyanı heç-heçə də qane edir.