Millimizin rəqibini DÇ-dən uzaqlaşdırdılar
DÇ-2014-də qrup mərhələsinin sonuncu - 3-cü turuna start verilib. Azerisport.az xəbər verir ki, bu turda ədalət prinsipini qorumaq məqsədi ilə qrupdakı son oyunların hamısı eyni saatda keçirilir.
3-cü tur B qrupunun iştirakçılarının meydana çıxması ilə başlayıb. Avstraliya və İspaniya ilk iki turu məğlubiyyətlə başa vurduğundan mundialla erkən vidalaşmışdı. Komandaların bu oyuna sadəcə, imic xətrinə çıxdığını söyləmək olardı. Son dünya çempionları evə 3 cavabsız qolla qazandıqları təsəlli qələbəsiylə yollanıblar. Hollandiya - Çili qarşılaşması isə sadəcə olaraq, qrup liderini müəyyən etmək baxımından önəmli idi. Çünki nəticə etibarilə hər iki komanda 1/8 finala vəsiqəni təmin etmişdi. Bu qarşılaşmada isə narıncılar 2 cavabsız qolla qalib gələrək pley-offa maksimum nəticə ilə yüksəliblər.
Gecə yarısından bir saat keçdikdən sonra isə A qrupunun iştirakçıları qrupda son oyunlarını keçiriblər. Kamerun ev sahibi Brazililiya ilə qarşılaşıbsa, Xorvatiya həmin saatda Meksika ilə üz-üzə gəlib. Əsas mübarizə isə Xorvatiya və Meksika arasında gedib. Qalib gələn tərəf pley-offa adlayacaqdı. Qeyd edək ki, bu oyunda Xorvatiyanı ancaq qələbə qane edirdi. Yaxud da onlar heç-heçə edib Braziliyanın Kameruna məğlub olmasını gözləməliydi. Lakin bunların heç biri baş vermədi. Həm Braziliya, həm də Meksika qalib gələrək pley-offa yüksəldilər. Beləcə, AÇ-2016-nın seçmə mərhələsində milimizin rəqibi olan Xorvatiya üçün DÇ macərası başa çatmış oldu.
DÇ-2014
Qrup mərhələsi
23 iyun
B qrupu
Avstraliya - İspaniya - 0:3
Qollar: D.Vilya, 36, F.Torres, 69, X.Mata, 82.
Hollandiya - Çili - 2:0
Qollar: L.Fer, 77, M.Depay, 90.
B qrupundakı son durum: Hollandiya - 9, Çili - 6, İspaniya - 3, Avstraliya - 0.
A qrupu
Kamerun - Braziliya - 1:4
Qollar: Matip, 26 - Neymar, 17; 35, Fred, 49, Fernandinyo, 84.
Xorvatiya - Meksika - 1:3
Qollar: Perisiç, 87 - R.Markes, 72, Quardado, 75, Çikarito, 82.
A qrupundakı son durum: Braziliya, Meksika - 7, Xorvtiya - 3, Kamerun - 0.