İtaliya məğlub oldu, Fransa darmadağına sevindi
DÇ-2014-də ikinci turun oyunları davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə azarkeşlər daha 3 qarşılaşmaya şahidlik edib.
Öncə D qrupunun liderləri İtaliya və Kosta Rika meydana çıxıb. Bir gün öncə qrupun digər oyununda Uruqvay İngiltərəni məğlub edib liderlərə çatdığı üçün bu görüş olduqca prinsipial əhəmiyyət daşıyırdı. İtaliya bu görüşdə minimal hesablı məğlubiyyətlə azarkeşlərini üzdüyü halda, Kosta Rika pley-offa yüksəlib.
Gecə yarısının tamamında E qrupunun mərkəzi oyunu baş tutub. Fransa İsveçrə ilə münasibətlərinə aydınlıq gətirib. Qeyd edək ki, ilk turdan sonra hər iki komandanın aktivində 3 xal vardı. Bu oyunda isə Fransa qalib gəlib və növbəti mərhələyə vəsiqəni təmin edib.
Son olaraq E qrupunun autsayderləri Honduras və Ekvador yaşıl meydana çıxıb. Ekvador millisi çətin qələbəyə sevinib və qrup ikinciliyini ələ keçirib.
DÇ-2014
Qrup mərhələsi
20 iyun
D qrupu
İtaliya - Kosta Rika - 0:1
Qol: B.Ruis, 44.
D qrupundakı son durum: Kosta Rika - 6, İtaliya, Uruqvay - 3, İngiltərə - 0.
21 iyun
E qrupu
İsveçrə - Fransa - 2:5
Qollar: Dzemaili, 81, Xaka, 87 - Jiru, 17, Matuidi, 18, Valbuena, 40, Benzema, 67, Sissoko, 73.
Matçın 32-ci dəqiqəsində Benzema penaltidən yararlana bilməyib
Honduras - Ekvador - 1:2
Qollar: K.Kostli, 31 - Valensiya, 34; 65.
E qrupundakı son durum: Fransa - 6, Ekvador, İsveçrə - 3, Honduras - 0.