Uruqvay İngiltərəyə qalib gəldi
DÇ-2014-də ikinci turun oyunları davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə mundial çərçivəsində daha 3 oyun baş tutub.
21:00-da Kolumbiya və Kot d`İvuar yığmaları üz-üzə gəlib. C qrupunun iki komandası ilk oyununu qələbə ilə başa vurduğundan bu matçda da qalib gələrək növbəti mərhələyə adlamaq istəyirdi. Bu, Kolumbiyaya nəsib olub.
Daha sonra 00:00-da D qrupunun iki güclü komandası Uruqvay və İngiltərə 3 xal üçün meydana çıxıb. Qeyd edək ki, hər iki komanda ilk oyunda məğlubiyyətlə üzləşdiyindən bu matçda qələbəyə hava-su kimi ehtiyac duyurdu. Gərgin keçən qarşılaşmada qalib gələn Uruqvay pley-offa çıxmaq şanslarını yaxşılaşdırıb.
Gecə 03:00-da isə yenidən C qrupunda oyun baş tutub. Yaponiya və Yunanıstan üz-üzə gəlib. İngiltərə - Uruqvay görüşü üçün deyilən sözləri bu oyun haqda da söyləmək olardı. Belə ki, məğlub olan komanda mundialla vidalaşacaqdı. Amma tərəflər qolsuz heç-heçəyə razılaşıblar.
DÇ-2014
Qrup mərhələsi
19 iyun
C qrupu
Kolumbiya – Kot d`İvuar - 2:1
Qollar: C.Rodriqes, 64, Kvintero, 70 - Jervinyo, 73.
Yaponiya – Yunanıstan - 0:0
C qrupundakı son durum: Kolumbiya - 6, Kot d`İvuar - 3, Yaponiya, Yunanıstan - 1.
D qrupu
Uruqvay – İngiltərə - 2:1
Qollar: L.Suares, 39; 85 - Runi, 75.
D qrupundakı son durum: Kosta-Rika, İtaliya, Uruqvay - 3, İngiltərə - 0.