Hakimimiz Avropa Liqasında fit çalacaq
13 may 2016 16:30
CEV hakimlərimizdən Konstantin Selinə təyinat verib. Azerisport.az xəbər verir ki, referi qadın komandaları arasında Avropa Liqasının A qrupunda ədaləti qoruyacaq.
Selin ilk dövrənin 3 oyununda fit çalacaq. Həmyerlimiz Polşa - Albaniya (3 iyun) oyununda köməkçi, Albaniya - Slovakiya (4 iyun) və Slovakiya - Polşa (5 iyun) matçlarında əsas hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu qrupda ilk dövrənin qarşılaşmaları Polşada keçiriləcək.